Üzgüçülük üzrə “Qızıl balıq”  Bakı şəhər birinciliyi keçirilmişdir

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Abşeron Olimpiya İdman Kompleksində  üzgüçülük üzrə “Qızıl balıq”  Bakı şəhər  birinciliyi keçirilmişdir. Birincilikdə 92 nəfər idmançı  iştirak etmişdir. Nəticələrə görə 50 m məsafəyə arxası üstə üsulla Dilara Ağayeva (AÜK), Vlastilina Xasyanova (EAS), Timur Nikiforov (AAM), Yeqor Maynitskiy (AÜK), Hüseyn Şamilov (Şüa), 50 m məsafəyə sərbəst üsulla Məryəm Cavadova (EAS), Cahan Nəbiyeva(AÜK),Vlastilina Xayanova (EAS), Amin Oruclu (Şüa İK), Ağaismayıl Babyev (MOİK), Oqtay Hüseynov (Şüa İK),   50 m məsafəyə batterflay üsulla Məryəm Cavadova (EAS), Cahan Nəbiyeva (AÜK),  Veronika Şandıbina  (EAS), Amin Oruclu (Şüa), Elmar Məmmədov (AÜK), Oqtay Hüseynov (Şüa), 100 m məsafəyə sərbəst üsulla Məryəm Cavadova (EAS), Amin Oruclu (Şüa İK), 100 m məsafəyə qarışıq üsulla Cahan Nəbiyeva  (AÜK), Raul Şamilov  (Şüa İK), 50 m məsafəyə brass üsulla Dilara Ağayeva  (AÜK), Aylin Xoşbəxt (AÜK), Rüstəm Osmanov (Sərhədçi), Yeqor Maynitskiy (AÜK), Polad Zamanov (Şüa), 200 m qarışıq üsulla Vlastilina Xasyanova (EAS), Oqtay Hüseynov (Şüa),  4×50 m qarışıq üsulla estafetdə Şüa İK, 4×50 m sərbəst üsulla Şüa İK  I yerlərə layiq görülmüşlər.

              Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.