Nərimanov rayon məktəblilərinin XXV spartakiadasının proqramına daxil olan şahmat yarışı keçirilmişdir
31 oktyabr 2012-ci il tarixdə Bağça Məktəb Lisey Kompleksində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş Nərimanov rayon məktəblilərinin XXV spartakiadasının proqramına daxil olan şahmat üzrə yarış keçirilmişdir. Yarışda rayonun 16 məktəb komandası tərkibində 96 nəfər məktəbli (onlardan 32 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarışın nəticəсinə görə I yerə Bağça Məktəb Lisey Kompleksinin komandası, II yerə 304 saylı məktəbin komandası, III yerə isə 207 saylı məktəbin komandası layiq görülmüşlər.
Yarışın sonunda təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında Yeni Azərbaycan Partiyasının 20 il ərzində keçdiyi şərəfli yol haqqında məlumat vermiş, şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən yarışların böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda Şahmatın İnkişaf Etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər. Tədbirin sonunda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar. Yarışın qalib komandası məktəblilər arasında spartakiadanın Bakı şəhəri üzrə final mərhələsinə vəsiqə qazanmişdır.