Sumo üzrə Bakı şəhər kuboku keçirilmişdir

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində sumo üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda  30 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə 2004-2006-cı il təvəllüdlülər arasında  50 kq çəki dərəcəsində Azad Cəfərov,  55 kq çəki dərəcəsində İlkin Məmmədov, 60 kq çəki dərəcəsində Əli  Ağayev, 65 kq çəki dərəcəsində Nihad Rüstəmov, 75 kq çəki dərəcəsində Sənan Rüstəmov, +75 kq çəki dərəcəsində Yunus Rəhimli  I yerlərə layiq görülmüşlər.

       Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.