ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİYİ BAŞA ÇATDI

        Respublika Şahmat Mərkəzində 2012-ci il təvəllüdlü və daha kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 66 nəfər idmançı (onlardan 21 nəfəri qızlardır) iştirak etmişdir.  Yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 7,5 xalla Rəsulzadə Mahir, II yeri 7,5 xalla Səmədov Kamil, III yeri 7,5 xalla Qaraxanov Şəmsi, qızlar arasında I yeri 8,0 xalla Baxışova Məryəm, II yeri 7,0 xalla Baxşızadə Əsnad, III yeri 7,0 xalla Məmmədova Zeynəb tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6,0 xalla tutmuş Zeynalzadə Ceyhun, V yeri 6,0 xalla tutmuş Məmmədzadə Məmməd, VI yeri 6,0 xalla tutmuş İbrahimli Suat, həmçinin qızlar arasında IV yeri 6,0 xalla tutmuş Məmmədli Arzu, V yeri 6,0 xalla tutmuş Nurəhmədli Aylin və VI yeri 6,0 xalla tutmuş Xəlilli Ayla də bu ilin 17 iyun tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
          Eyni zamanda oğlanlar arasında keçirilən yarışda Vahabzadə Əbəlfəz 6,0 xal toplayaraq II (ikinci) dərəcə normasını yerinə yetirmişdir.
           Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.