Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş taekvondo üzrə açıq Bakı birinciliyinə yekun vuruldu

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə “26 fevral Xocalı soyqırımına” həsr olunmuş taekvondo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vuruldu.

        Yarışda 49 klub və cəmiyyətləri təmsil edən, o cümlədən  Rusiya və Gürcüstandan ümumilikdə 750-dək uşaq, yeniyetmə və gənc idmançı mübarizə aparırıdı. Nəticələrə əsasən I yerə uşaqlar arasında Səfər Behbudzadə (27kq), Tamerlan Yaqubov (33 kq), Aidə Əliyeva (33 kq), Fatimə Həsənova (36kq), Şəms Əlizadə (40 kq), Yuliya Semixova (48 kq), yeniyetmələr arasında Qaraş Bağırov (37 kq), Nihat Məmmədzadə (41 kq), Xan Məmmədzadə (53 kq), Rəhman İbrahimov (57 kq), Pərviz İsgəndərov (59 kq), Fuad Təhməzov (63 kq), Yaşar Məmmədli (68 kq), İlkin Fərzəlizadə (73 kq), Hüseyn Məmmədov (78 kq), Rəvan Məmmədzadə (+78 kq),  Şahnaz Vəliyeva (42 kq), Səidə Əliyeva (44 kq), Aylin Eynullayeva (49 kq), Aysel Xudaverdiyeva (52 kq), Səriyyə Bağırova (55 kq), Səma Mirzəyeva (63 kq),  komanda hesabında isə ilk pillyəyə RUGİM çıxıb, 2-ci yerə “Rizvan”, 3-cü yeri  Tovuz komandası, dördüncü və beşinci yerə  “Xəzər” taekvondo klubu, Təhsil-Sumqayıt layiq görüldü.

          Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim edilib.