Evdə qal – evdə yarat təşəbbüsünə Siz də qoşulun

      Bakı şəhər Gənclər və Idman Baş Idarəsi və “Söz” ədəbi layhəsinin birgə təşkilatçılığı ilə kiçik yaşlı uşaqlar və yeniyetmələrə tanınmış ictimai xadimlərin iştrakı ilə “Evdə qal – evdə yarat” başlıqlı nağılların oxunması mövzusunda sosial çarxlar hazirlanmışdır.  Bunun üçün xüsusi olaraq Vətənimizin xeyirxah, işıqlı insanları, hər gün dünya və azərbaycan ədəbiyyatindan ən ibrətamiz nağılları, məsəlləri və qısa hekayələri oxuyacaqlar! Bu gözəl aksiyada Azərbaycanın və xarici ölkələrin məşhurları, mədəniyyət xadimləri, sənət adamları, siyasətçiləri, ictimai xadimləri iştirak edirlər! “SÖZ” layihəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, övladlarımız üçün bu vacib və faydalı aksiyaya qoşulan hər kəsə təşəkkür edir və dünyamıza sağlamlıq və əminamanlıq arzulayırıq! Nağılları əməkdar artistlər Pərviz Məmmədrzayev, Yaqut Paşazadə, Vüqar Camalzadə, Hüsniyyə Mürvətova və hüquq elmləri doktoru, yazıçı Mixail Finkel oxumuşdur. Layihə hal hazırda davam etməkdədir.