Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi azyaşlılar üçün rəsm müsabiqəsi elan edib

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) azyaşlılara, orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdlərinə maraqlı çağırış edib. Baş İdarə tərəfindən “COVİD-19-a qarşı birgə mübarizə aparaq! Azərbaycan evdə qal” şüarı altında rəsm müsabiqəsi elan edilib.

      Qeyd edək ki, bu müsabiqə həftə ərzində davam edəcək. Rəsmlər BŞGİBİ-nin elektron resursuna gündəlik daxil ediləcək. Məqsəd həm uşaqların evdə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, həm də bu mübarizədə onların maarifləndirilməsinin hansı dərəcədə olduğunu öyrənməkdir. Həmçinin rəsm müsabiqəsinin keçirilməsində digər məqsəd uşaqların pandemiyaya qarşı mübarizəni nə cür görmələrini, əsas qəhrəmanlar olaraq kimi hesab etmələrini öyrənməkdir.

      Qaliblər isə karantin müddəti başa çatdıqdan sonra mükafatlandırılacaqlar.