Heydər Əliyev Mərkəzinə virtual ekskursiya

       Hörmətli dostlar, əziz gənclər!

 Siz möhtəşəm, dünya memarlıq incilərindən biri olan Heydər Əliyev Mərkəzindən salamlayırıq. Bildiyiniz kimi, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Ölkəmizdə Ulu Öndərin doğum günühər il böyük təntənə ilə qeyd olunur vəAzərbaycanın müstəqiliyinin möhkəmləndirməsi, qoruyub saxlanması yolunda yorulmaz fəaliyyətindən bəhs edən silsilə tədbirlər keçirilir.
    Lakin, bu il bildiyiniz kimi bütün dünyanı təsiri altına almış COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, ölkəmiz karantin rejimindədir. Bu səbəbdən Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilk dəfə olaraq Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və iş fəaliyyətini əks etdirən virtual ekskursiya layihəsinin keçirilməsini planlaşdırır. Layihə may ayının 7-də, saat 16:00 da həyata keçiriləcəkdir.
     Dostlar, virtual səyahətdəiştirak etmək üçün facebook sosial şəbəkəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin eyni adlı facebook səhifəsinə sizləri canlı qoşulmağa dəvət edirik.
   Fürsətdən istifadə edərək, bu maraqlı layihənin gerçəkləşməsində bizə göstərdiyi dəstəyə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.