Gənclərin Ulu Öndərlə “Şəkilli söhbəti” – YENİ LAYİHƏ

         Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublkası Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi SƏS Media Qrupla birgə yeni layihə təqdim edir. Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin təqdim olunduğu layihədə məqsəd gənclərin, məktəblilərin Heydər Əliyev haqqında nə qədər bilgiyə sahib olduqlarını, Dahi İnsanı necə tanıdıqlarını aşkara çıxarmaqdır. Layihə müəlliflərinin fikrincə, “Şəkilli Söhbət” adlanan ideyanın məqsədi gələcəyimiz olan gənclərə müasir Azərbaycanın banisi Heydər Əliyevin mənalı ömrünün hər anını yaxından tanıtmaq, xalqın xilaskarını onlara örnək göstərməkdir.

             Qeyd edək ki, aşağıda təqdim olunan hər fotoşəklin altında qısa izahı olacaq. Gənclərin fotoşəkillər haqqında daha geniş məlumat yazmaları tövsiyyə olunur.

             “Şəkilli Söhbət” layihəsində iştirak etmək istəyən gənclərin diqqətinə:

        Fotoşəkillər haqqında ilk münasibət yazıb Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə (info@dysbaku.az) göndərən şəxs mükafatlandırılacaq.