Onlayn şahmat turnirinin qalibləri müəyyən olundu

         Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi və “Grandmaster Şahmat Klubu”nun birgə təşkilatçılığı ilə “28 May Respublika günü”nə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyən olundu. Yarışda 105 nəfər şahmatçı iştirak etmişdir. Nəticələrə əsasən oğlanlar arasında I yeri Şəhriyar Rəhmanov, II yeri Orxan Bağırov, III yeri Aydın Şahpələngov, qızlar arasında I yeri Leyla Budaqova, II yeri Kamilla Balayeva, III yeri Aytac Məmmədova tutmuşdur.

        Qaliblərin karantin dövrü bitdikdən sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulub.