“Mı vozrojdaem KVN” adlı kitab işıq üzü gördü

       Əfsanəvi  “Bakılı oğlanlar” komandasının möhtəşəm qələbəsindən sonra (2000-ci il) Şən və Hazırcavablar Klubunun fəaliyyətində müəyyən fasilə yaranmışdır. Bu fasilə 2013-cü ildən etibarən yaradılmış, tələbə və məktəbliləri özündə birləşdirən Azərbaycan Şən və Hazırcavablar Klubunun  bugünki günə qədər davam edən fəaliyyətini yenidən özündə əks etdirir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ölkəmizdə bərpa olunmuş ŞHK-a sahəsinə öz tövhəsini verməkdədir. Minlərlə yeniyetmə və gəncin sevimlisi olan bu intellektual yarışma çox istedadlı, dərin zəkaya malik və hazircavab gəncləri formalaşdırmaqdadır.

          COVİD-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq ilk dəfə ölkə tarixində ŞHK-nun komandaları arasında onlayn yarışma keçirilmişdir.

      Bütün bunları özündə əks etdirən foto hesabatlı toplu “Mı vozrojdaem KVN” (Biz ŞHK-nı bərpa edirik) adlı kitab işıq üzü gördü.

       Gənclər və İdman Naziri Azad Rəhimovun ön sözü ilə başlayan kitabın baş məsləhətçisi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, redaktoru Lalə Hüseynova, müəllifi Namiq Həsənli olmaqla böyük redaksiya heyətinin rəhbəri olan ŞHK-nın prezidenti Rəşad Əzizov bu kitabı geniş oxucu auditoriyasına təqdim edir.