“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş onlayn bilik yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGBİ) ilə Xəzər İntellektual Gənclər Klubu “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş onlayn bilik yarışı keçirib.

        Gənclər arasındakı turnir 64 komandanın iştirakı ilə, hər komandada minimum 8, maksimum 10 nəfər olmaq şərtilə təşkil edilib.

       İki mərhələdən ibarət olan yarışın hər turda iştirakçılara 12 sual ünvanlanıb. Hər suala cavab vermək üçün 1 dəqiqə vaxt verilib. Suallar əsasən ümumi tarix, dünya bilgisi, məntiq, ədəbiyyat, Azərbaycan, eləcə də dünyada baş verən ictimai-siyasi prosesləri əhatə edib.

      Yarışı keçirməkdə məqsəd COVID-19 nəticəsində evdə qalmalarına baxmayaraq, komandaların intellektual səviyyələrini artırmaq və düşüncələrini təkmilləşdirməsini davam etdirməkdir. 

         Hər sual çox böyük marağa səbəb olub. Sağlam rəqabət əsasında verilən cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

            Nəticədə “Jagermeister” komandası birinci yeri tutub. “Vendomat” komandası ikinci, “Hərum” komandası isı üçüncü olub.

       Qaliblərin karantin dövrü bitdikdən sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulub.