Kiberfutbol üzrə açıq Bakı birinciliyinə qeydiyyat başlayıb

          “FIFA20” oyunu üzrə Bakı şəhər açıq birinciliyi üçün iştirakçıların qeydiyyatı prosesinə start verilib.

      Turnir Azərbaycan Kiberidman Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Gaming League Azerbaijan”ın dəstəyi ilə iyulda “PlayStation4” platformasında onlayn keçiriləcək.

           Yarışda 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Turnirdə iştirak ödənişsizdir.

            Siz aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə, turnirin qaydaları və reqlamenti ilə tanış ola bilərsiniz.