Reqbi üzrə “9 noyabr – dövlət bayrağı günü”nə həsr olunmuş açıq Bakı şəhər kuboku keçirilmişdir.
3-4 noyabr 2012-ci il tarixdə İdman Akademiyasının stadionunda reqbi üzrə “9 noyabr – dövlət bayrağı günü”nə həsr olunmuş açıq Bakı şəhər kuboku keçirilmişdir. Turnirdə yerli komandalarla yanaşı Rusiya və Gürcüstan komandaları da iştirak etmişdir. 3 noyabr 2012-ci il tarixdə Tedbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş idarəsınin rəis müavini Rəşad Əliyev, “Makkabi – Azərbaycan” klubunun prezidenti S.İxilov, “Tissa – Titans” şirkətlər qrupunun numayəndəsi C.Konri, Nərimanov rayon Gənclər və İdman idarəsinin rəis müavini Pirəli Rəhimov və başqaları iştirak etmişdir. Mərasimdə iştirak edən qonaqların çıxışından sonra dövlət himnimiz səslənmiş və ilk oyunlar keçirilmişdir.
4 noyabr 2012-ci il tarixdə isə turnirin final oyunları və mükafatlandırma mərasimi keçirilmişdir. Yekun nəticələrə əsasən Gürcüstanni “Devebi” komandası 1-ci, Rusiyanın “Moskov Dragons” komandası 2-ci, “Neftçı” komandası isə komandası 3-cü yeri tutmuşdur. Qalib komandalar baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbir kütləvi informasiya vasitələrində, o cümlədən bir – neçə televiziya kanalında geniş işıqlandırılmışdır.
Eyni zamandaq tədbirin yüksək səviyyədə təşkilində Nərimanov rayon Gənclər və İdman idarəsi və Azərbaycan Reqbi Federasıyasınin xüsusi dəstəyi olmuşdur.