Karate (kata) üzrə ilk dəfə olaraq Onlayn Bakı Şəhər Kuboku keçiriləcəkdir

        Gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması məqsədilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə “ Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi” -nin yaradılmasına həsr edilmiş 26 iyul 2020-ci il tarixdə Karate/Kata üzrə ilk dəfə olaraq Onlayn Bakı Şəhər Kuboku keçiriləcəkdir
          Əziz və dəyərli karateçilər!
        Evdə qalaraq, yarışda iştirak edib qalib ola bilərsiniz. Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediləcək.