“Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş onlayn şahmat turniri keçirilmişdir

     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grandmaster Şahmat Klubu”nun birgə təşkilatçılığı ilə “Beynəlxalq Şahmat günü”nə həsr olunmuş onlayn şahmat turniri başa çatdı. Turnirdə ümumilikdə 122 nəfər oyunçu iştirak etmişdir. Qardaş Türkiyə Cümhuriyyətindən 60-a yaxın şahmatçı turnirə qatılmışdır. Gərgin keçən mübarizədə qaliblər aşağıdakı ardıcıllıqla müəyyən olunmuşdur:

1. Musayev Eldar
2. Kərimov Teymur
3. Nurəhməd Təbriz

Qızlar arasında:

1. Hüseynova Lalə
2. Ağaverdiyeva Məryəm
3. Mahmudova Aliyə

Türk şahmatçılar arasında isə Can İlarslan qalib olmuşdur.