Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr edilmiş intelektual oyun keçirildi

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə “2020 — Könüllülər ili“ çərçivəsində “26 İyul-Gənclər və İdman Nazirliyinin yaranması günü“ nə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirmişdir.

          Gənclər arasında təşkil olunmuş bu yarışda hər birində 8-10 nəfər olmaqla 36 komanda iştirak etmişdir. Gərgin mübarizədə 1-ci yerə “Nezachot”, 2-ci yerə “Maqnat İOK”, 3-cü yerə isə “ Nirvana” komandaları layiq görülüblər. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılğı ilə keçirilən bu intellektual yarış maraqlı suallarla (hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımız və sair) müxtəlif sahələri əhatə edirdi. Qaliblər pandemiya ilə alaqədar olaraq karantindən sonra təltif olunacaqlar.