“Gənclər həftəsi“ çərçivəsində  “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir

               Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə “2020 — Könüllülər ili“ çərçivəsində “12 avqust – Beynəlxalq Gənclər günü“ münasibətilə “Gənclər həftəsi“ çərçivəsində  “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirmişdir.

          Gənclər arasında təşkil olunmuş bu yarışda hər birində 8-10 nəfər olmaqla 28 komanda iştirak etmişdir. Nəticələrə əsasən  1-ci yerə 16 xalla  “Maqnat İOK”, 2-ci yerə 15 xalla “Replicants”, 3-cü yerə isə 15 xalla “ Bats of Wuhan” komandaları layiq görülüblər. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılğı ilə keçirilən bu intellektual yarış maraqlı suallarla müxtəlif sahələri əhatə edirdi. Qaliblər pandemiya ilə alaqədar olaraq karantindən sonra təltif olunacaqlar.