İsmayıllıda gənclər arasında karate-do üzrə açıq turnir start götürüb

     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Karate-Do Akademiyasının təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksinin ərazisində gənclər arasında karate-do üzrə açıq turnir start götürüb.

     İki yaş qrupu üzrə keçirilən yarışda 200-dək karateçi mübarizə aparır. Turnir torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Xəyyam Daşdəmirovun xatirəsinə həsr edilib.