Şəhid genereal Polad Həşimovun xatirəsinə həsr olunmuş açıq turnir keçirilicəkdir

           30 avqust 2020-ci il tarixdə Xətai rayonu M. Rüstəmov küçəsində yerləşən açıq stadionda  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Milli Karate Federasiyası və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə şəhid genereal Polad Həşimovun xatirəsinə həsr olunmuş kata və komanda kata üzrə klublar arası açıq turnir keçirilicəkdir.

      Turnirin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək, böyüməkdə olan gənc nəslə onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir.