Uşu üzrə Bakı turniri keçirilib

     Binəqədi İdman Kompleksinin stadionunda uşunun çinda və sanda növləri üzrə Bakı turniri keçirilib.  Yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda Bakının idman klublarından 150-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

      Nəticələrə əsasən Adəm Çələbizadə (20 kq), İzzət Həsənov (41 kq), Nicat İlyasov (44 kq), Hafiz Qəfəeov (56 kq), Haldun Xəlili (60 kq),  Abbasəli Abbasov (63kq) və başqaları I yerə layiq görülmüşlər.

    Qeyd edəlk ki,  Nazirlər Kabineti Operativ Qərargah tərəfindən təstiq olunmuş karantin qaydalarına uyğun keçirilən yarışdan əvvəl hər bir idmançının  eləcə də məşqçilərin, hakimlərin hərarəti ölçülüb, xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya olunublar. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada keçirilib.