PES 2020 Bakı şəhər açıq onlayn birinciliyinə yekun vurulub

         PES 2020 və NBA 2K20 üzrə Bakı şəhər açıq onlayn birinciliyinə yekun vurulub. Turnir Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kiber İdman Federasiyası  tərəfindən Gaming League Azerbaijanın dəstəyilə PlayStation 4 platformasında onlayn formatda keçirilib.  Yarışda 12 yaşdan yuxarı 70 nəfər iştirak edib. Qeyd edək ki, bu, ölkədə keçirilən ilk rəsmi kiberbasketbol turniridir.

          Nəticələrə əsasən, I yeri Ağakişi Mehdizadə, II yeri Firuz Buksayev, III yeri isə Ramil Nəbiyev tutmuşdur.