Mini futbol turniri  keçirilmişdir

            Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş mini futbol turniri  keçirilmişdir.

         Futbol turnirinin nəticəsinə əsasən 1-ci yeri “Şuşa” komandası , 2-ci yeri “Zəngilan” komandası, 3-cü yeri “Xocalı” komandası tutmuşdur.

        Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun müdiri Samir Salehov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.

          Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.