Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq

         Bu gün Gənclər və İdman Nazirliyinin tapşırığı ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və bir qrup fəal gənc şəhidlər xiyabanında 1-ci Qarabağ müharibəsində şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət etmişlər. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev, Albert Aqarunov, Təbriz Xəlilbəyli, Cavanşir Rəhimov, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Salatın Əsgərova, Əlif Hacıyev, şəhid Vadim Xanin, Saliko Kakadze, Aleksey Dementyev, Yuriy Kovalyov, Məlahət Nəsibova və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin məzarına gül dəstələri qoyulmuşdur.

      Ziyarət zamanı rəşadətli ordumuzun sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq təxribat törətməyinə cavab olaraq əks hücumun nəticəsində əldə olunmuş qələbələrdən danışılmışdır. Ali Baş Komandanın əmri ilə uzun illərdir işğal altında olan şəhər, rayon və kəndlərimizi düşmən tapdağından azad edən rəşadətli ordumuzun cəsur əsgər və zabitləri sayəsində şəhidlərimizin qisasının alındığını və Ali Baş Komandanın qeyd etdiyi kimi Vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaqdır.

            Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!