Qələbələrə həsr olunmuş şahmat  turniri  keçirilmişdir

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində (açıq havada) Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş şahmat  turniri  keçirilmişdir.

       Tədbirdə 14 yaşa qədər 29 şahmatçı mübarizə aparıb. Turnir İsveçrə sistemi ilə 7 turdan ibarət 5 dəqiqə + 3 saniyə hər gedişə zaman nəzarəti ilə keçirilib.

Qaliblər:
1-ci yer Rəvan Uğuzov 
2-ci yer Təbriz Nurəhməd
3-cü yer Ramil Əsgərov

1-ci dərəcələr
1-ci yer Amin Qurbanov
2-ci yer Orxan Bağırov
3-cü yer Anar Rəcəbov

2-ci dərəcələr
1-ci yer Oğuz Kərimli
2-ci yer Nihad Ağayev
3-cü yer Əlmurad Şahverdiyev

3-cü dərəcələr
1-ci yer Murad Rzayev
2-ci yer Tunar Bayramlı
3-cü yer Fərid Əlizadə

Qızlar arasında
1-ci yer  Ləman Nağıyeva
2-ci yer  Dəniz Zərbəliyeva
3-cü yer Aylin Nurəhməd

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra yarışa buraxılıblar.