Şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İdea” şahmat klubunun birgə təşkilatçılığı ilə  www.lichess.org platforması vasitəsi ilə Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş  Azərbaycan – Pakistan onlayn yoldaşlıq şahmat turniri  keçirilib. Ümumilikdə 106  şahmatçının iştirakı ilə keçirilən yarışın nəticələrinə əsasən oğlanlar arasında I yeri Yousuf Azeem Makhdoomi, II yeri Rüstəm Rüstəmov, III yeri Rəvan Uğuzov, qızlar arasında isə I yeri Aytac Məmmədova, II yeri Fatimə Mirzəliyeva, III yeri Ləman Nağıyeva tutmuşdur.