Mini-futbol üzrə Bakı şəhər  turnirı  keçirilmişdir

           Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Kənd Futbol Federasiyası tərəfindən  Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş açıq havada Bakı kənd və qəsəbələrinin komandaları arasında  mini-futbol üzrə Bakı şəhər  turnirı  keçirilmişdir.  Turnirdə  Bakı şəhərinin kənd və qəsəbələrini təmsil edən komandalar iştirak etmişdir. Nəticələrə əsasən III yeri “Mübariz” Binə komandası tutmuşdur. Final oyununda “Xəzri” Buzovna komandası 6:2 hesabı ilə “Dirçəliş” Lökbatan komandasını məğlub edərək turnirin qalibi olmuşdur.

                Qalib və mükafatçı komandalara  Baş İdarə tərəfindən diplom, medal və kubok təqdim edilmişdir.