Qələbə gününə həsr olunmuış “Nə? Harada? Nə zaman?” onlayn intellektual oyun keçirilmişdir

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  Gənclər və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə qələbə gününə həsr olunmuış “Nə? Harada? Nə zaman?” onlayn intellektual oyunu keçirmişdir.

        Gənclər arasında təşkil olunmuş bu yarışda hər birində 8-10 nəfər olmaqla 26 komanda iştirak etmişdir. Nəticələrə əsasən 1-ci yerə “Evklid”, 2-ci yerə “İlunqa”, 3-cü yerə isə “ Deasant” komandaları layiq görülüblər. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılğı ilə keçirilən bu intellektual yarış maraqlı suallarla (hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımız və sair) müxtəlif sahələri əhatə edirdi.