Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən “9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə bir qrup fəal gəncin Dövlət Bayrağı Meydanı Kompleksinə ekskursiyası təşkil olunmuşdur.

  05 noyabr 2012-ci il tarixdə Binəqədi rayonunda yaşayan və təhsil alan bir qrup fəal gənc Azərbaycan Respublikası Dövlət Bayrağı Meydanı Kompleksinə  ekskursiya etmişdir. Ekskursiya iştirakçılarına bələdçilik edən idarə əməkdaşı Dövlət Bayrağı Meydanı Kompleksi barədə iştirakçılara ətraflı məlumat vermişdir. Dövlət Bayrağı Meydanı ilə tanış olan gənclər daha sonra Bayraq muzeyinə ekskursiya etdilər. Burada iştirakçılara Azərbaycanın tarixi haqqında məlumat verilmiş, orta əsrlər, yeni və ən yeni dövrlərdəki bayraqlar nümayiş etdirilmişdir. İştirakçılar eyni zamanda Sovet İttifaqı dövründə mövcud olmuş orden və medallara da tamaşa etdilər. Saat 11:00-da başlanan ekskursiyaya 13:00-da yekun vuruldu. Ekskursiyadan yüksək əhval-ruhiyyə ilə ayrılan iştirakçılar sonda xatirə şəkli çəkdirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir