Şəhid Vüsal Qəmbərlinin yeni doğulan övladı bu gün xəstəxanadan çıxarıldı
Vətən Müharibəsində şəhid olmuş Qəmbərli Vüsal İlkin oğlunun övladı dünyaya gəlib. Ötən gün dünyaya göz açan körpə şəhidin ilk övladıdır. Bakıda – 5 saylı Şəhər Kliniki Xəstəxanasında doğulan körpə oğlandır. Ona atasının arzusu ilə Rəsul adı verilib.
Bu gün balaca Rəsul doğulduğu xəstəxanadan çıxarıldı. Xəstəxanadan atası ilə çıxmaq Rəsula nəsib olmasa da o, tək də deyildi. 5 saylı Şəhər Kliniki Xəstəxanasının tibbi personalı, vətənpərvər insanlarımız, fəal gənclər bu günündə onun yanında idilər.
1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulan şəhidimiz müharibəyə könüllü olaraq qatılaraq şəhadətə yüksəlib. O, Xocəvənd rayonu uğrunda döyüşlər zamanı şəhid olub. Vüsal Qəmbərli 2020-ci ilin dekabrın 20-də Biləsuvar rayonunda torpağa tapşırılıb.
Dövlət başçısının tapşırığı əsasında dövlətimiz şəhid ailələrinin, qazilərin yanındadır və daim yanında da olacaqdır!
Allah Şəhidimizin əmanəti olan Rəsul balanı saxlasın, sağlam uzun ömür versin, Vətəninə, Atasının adına layiq övlad olsun.