Gənclər arasında “Nə? Harada? Nə zaman?” onlayn intellektual oyunu keçirilmişdir

           “Nizami Gəncəvi ili” çərçivəsində “2 Fevral – Azərbaycan gəncləri günü” münasibətilə gənclər arasında  onlayn Nə? Harada? Nə zaman?” onlayn intellektual oyunu keçirilmişdir.

        Gənclər arasında təşkil olunmuş bu yarışda hər birində 8-10 nəfər olmaqla 28 komanda iştirak etmişdir. Nəticələrə əsasən 1-ci yerə 22 xalla “Diamonds Are Forever”, 2-ci yerə 21 xalla “Crescendo”, 3-cü yerə isə  20 xalla  “Maqnat” komandaları layiq görülüblər. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılğı ilə keçirilən bu intellektual yarış maraqlı suallarla (hərb tariximiz, döyüş sənəti, məntiq, dünyagörüş, qəhrəmanlarımız və sair) müxtəlif sahələri əhatə edirdi.