Fərhad Məlikzadənin xatirəsinə onlayn şahmat turniri

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sabirabad rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə 2-ci Qarabağ müharibəsi şəhidi “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Fərhad Məlikzadənin xatirəsinə onlayn şahmat turniri keçiriləcək.

        Yarış saat 19:00-da başlayacaq və İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə +2 saniyədir.