Şəhid Emil Şamilovun xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək

      25 fevral 2021-ci il tarixdə saat 19:00- da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi  “Vətən uğrunda” “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş Emil Şamilovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək.

       Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə +2 saniyədir.

       Turnirdə iştirak üçün
1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalıdır.
2.Profil bölməsində ad, soyad və  təvəllüd qeyd edilməlidir.
3.Lichess.org virtual “İdea ” Şahmat Klubuna üzv olmalıdı.ling:https://lichess.org/team/idea-sahmat-klubu
4.Turnirin lingi:https://lichess.org/swiss/VRI7UsD9