“8 Mart Beynəlxalq Qadınlar Günü”-nə həsr olunmuş onlayn şahmat turniri keçirilmişdir

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və ” İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”-nə həsr olunmuş onlayn şahmat turniri keçirilmişdir.
       Yarışın nəticələrinə əsasən Aytac Məmmədova, Səadət Bəşirli, Şəms Fərzəli ümumi hesabda ilk üçlükdə qərarlaşıblar. U-8 yaş kateqoriyasında I yeri Fatimə Mirzəliyeva, II yeri Əsnad Baxışzadə, III yeri Aylin Nurəhmədli, U-10 yaş kateqoriyasında I yeri Ayan Allahverdili, II yeri İnci Ələkbərli, III yeri Nuray Məmmədli, U-12 yaş kateqoriyasında I yeri Fatimə Abdullayeva, II yeri Xanım İsmayılova, III yeri Ayşə Əliyeva, U-14 yaş kateqoriyasında I yeri Kamilla Ələsgərova, II yeri Banu Əliyeva, III yeri Jalə Abışlı, U-16 yaş kateqoriyasında I yeri Aysel Cəfərova, II yeri Yasəmən Məmmədova, III yeri Aysel Şirinova tutmuşlar.