“Vətən Müharibəsi Qəhrəmanlarına” həsr olunmuş onlayn şahmat turniri keçirildi

           Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Ucar rayon Gənclər və İdman idarəsi, Ucar UGİŞM və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə “Vətən Müharibəsi Qəhrəmanlarına” həsr olunmuş onlayn şahmat turnirin zoom proqramı ilə açılış mərasimi keçirildi.  Turnirin açılışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ucar rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar UGİŞM direktoru Rahib Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, Ucar Gənclər və İdman İdarəsində aparıcı məsləhətçi Piriyev Nuru, Ucar Şahmat məktəbinin məşqiçi-müəllimi, Vətən Müharibəsi iştirakçısı “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunan Nəsir Nuriyev, turnirin baş hakimi 1-ci dərəcəli hakim Fidan Talıbova və turnir iştirakçıları iştirak etmişdir.
            Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin,   xatirələrinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacaqlarınıını qeyd etmişdir. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

              Açılış mərasimindən sonra onlayn şahmat turnirinə start verildi. 110 şahmatçının iştirak etdiyi  yarış isveçrə sistemi ilə 7 turdan ibarət olub. Hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə vaxt verilib.  Turnirdə ən yüksək nəticə göstərən Rəvan Uğuzov, Əhmədağa Həşimov,  Fidan Təhməzova ümumi hesabda ilk üçlükdə qərarlaşıblar. Qızlar arasında Iyeri Şəms Fərzəli, II yeri Fatimə Mirzəliyeva, III yeri Əsnad Baxışzadə, U-8 yaş kateqoriyasında I yeri Səfa Hümbətov, II yeri Aylin Nurəhmədli, III yeri Rüstəm Babayev, U-10 yaş kateqoriyasında I yeri Murad Rzayev, II yeri Leyla Mirzəliyeva, III yeri Ayan Allahverdili, U-12 yaş kateqoriyasında I yeri Həsən Orucov, II yeri Kənan İsbatov, III yeri Cavad Xəlilzadə tutmuşlar.