Onlayn turnirin qalibləri​​ müəyyənləşib

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi “Vətən Uğrunda”, “Cəsur Döyüşçü” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Orxan Qasımovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib. 

        Turnirdə ən yüksək nəticə göstərən Rəvan Uğuzov, İsmayıl Süleymanlı,  Aydın Allahverdiyev ümumi hesabda ilk üçlükdə qərarlaşıblar. Qızlar arasında Iyeri Ayan Hüseynli, II yeri Şəms Fərzəli, III yeri Fidan Təhməzova, U-8 yaş kateqoriyasında I yeri Fatimə Mirzəliyeva, II yeri Rüstəm Babayev, III yeri Oqtay Əfəndi, U-10 yaş kateqoriyasında I yeri Paşam Əlizadə, II yeri Leyla Mirzəliyeva, III yeri Murad Rzayev, U-12 yaş kateqoriyasında I yeri Kənan İsbatov, II yeri Cavad Xəlilzadə, III yeri Nihat Şıxəhmədi tutmuşlar.