Bakı və Sumqayıt şahmatçıları arasında onlayn «ZƏFƏR KUBOKU» keçiriləcək

        Bakı şəhər Gənclər vəİdman Baş İdarəsi və  və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə şahmat üzrə 18 yaşadək (2003 və yuxarı) Bakı və Sumqayıt şahmatçıları arasında onlayn «ZƏFƏR KUBOKU» keçiriləcək . Turnir www.chess.com şahmat portalı üzərindən 14 aprel 2021-ci il tarixində saat 19:00-da start götürəcək. Yarış nəzarət vaxtı 3 dəqiqə üstəgəl hər gedişə 2 saniyə (3+2) olmaqla İsveçrə sistemi ilə 9 turdan ibarət olacaqdır.
         Yarışda oğlanlar və qızlar arasında ilk 3 yeri tutan şahmatçılara Bakı və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarələri tərəfindən hədiyyələr, medallar və diplomlar təqdim ediləcək. Əlavə olaraq yarışın qalibi kubokla mükafatlandırılacaq.
            YARIŞDA İŞTİRAK ETMƏK ÜÇÜN TƏLƏBLƏR:
             1) Yarışa qatılmaq üçün hər bir iştirakçı www.chess.com saytında qeydiyyatdan keçməlidir.
          2) Yarışda yalnız klubumuza (Bakı Sumqayıt Şahmat Klubu) qeydiyyatdan keçmiş 18 yaşadək (2003 və yuxarı) Bakı və Sumqayıt şahmatçıları (digər şəhərlərin şahmatçıları yarışa buraxılmır) iştirak edə bilər. Xahiş olunur kluba qeydiyyatı öncədən keçəsiniz.
             3) Qeydiyyat 14 aprel 2021-ci il tarixdə yarışa 1 saat qalmış (18:00) başlayır.
              Qeyd: Yarışın yekun nəticəsi 15 aprel 15.00-a kimi elan ediləcək.
              Yarışın linki: https://www.chess.com/live#t=2210006