“31 Mart Azərbaycanlıların Soyqırımı” gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək

      31 Mart 2021-ci il tarixdə saat 19:00 da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı” gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək.
Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqədir.
Turnirdə iştirak üçün
1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalıdır
2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidir
3.Lichess.org virtual “İdea ” Şahmat Klubuna üzv olmalıdır .ling:https://lichess.org/team/idea-sahmat-klubu
Turnirdə |,||,|||-cü yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.