Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “Vətən Uğrunda”,”Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş TALEH MUSTAFAZADƏ-nin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirin qalibləri müəyyənləşib.
           Nəticələrə əsasən İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Amin Qurbanov  tutub. Yunis Mahmudzadə ikinci, Allahverdi Həmidov üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Şəms Fərzəli, Leyla Mirzəliyeva, Röya Çantayeva  ilk üçlükdə qərarlaşıblar.