Vətən Müharibəsi şəhidi baş leytenant  Həmid Abbasbəylinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirildi

          Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “QARABAĞ” ordeni ilə təltif olunmuş baş leytenant  Həmid Abbasbəylinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirildi. 
        Nəticələrə əsasən İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Həsən Orucov tutub. Aytac  Məmmədova ikinci, Allahverdi Həmidov üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Aytac Kərimli, Əsnad Baxışzadə, Fatimə  Mirzəliyeva  ilk üçlükdə qərarlaşıblar.