Şəhid mayor Fərid Ələkbərovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılışı olub

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin , Yasamal rayon Gənclər və İdman İdarəsinin , İDEA şamat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi ” VƏTƏN UĞRUNDA “,” İGİDLİYƏ GÖRƏ “, “ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ ” medalları ilə təltif olunmuş mayor FƏRİD ƏLƏKBƏROVUN xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnirin rəsmi açılış mərasimi olmuşdir. Aşılış mərasimində Bakı şəhər GİBİ -nin rəisi Raqif Abbasov, Yasamal rayon IHB- müavini Təravət Muradova, şəhidin qardaşı Rüfət Ələkbərov, Yasamal rayon Ağsaqqalar Şurasının sədri Cavanşir Qurbanov, AMVIB Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev və turnirin baş hakimi Fidan Talıbova iştirak  etmişlər.

         Tədbirdə çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov xalqımızın tarixinə şəhidlərin qanı ilə yazılan 44 günlük Vətən müharibəsinin gələcək nəsillərin fəxr edib, qürur duyacağı şanlı tarix olduğunu bildirib. Qeyd edib ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir.