Nərimanov rayon gəncləri Dövlət Bayrağı Muzeyində

  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gəncləri “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksinə ekskursiya etmişdilər.

  Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, idarənin əməkdaşları, rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və rayonun fəal gəncləri iştirak etmişdilər.

  Tədbir iştirakçıları öncə Bayraq Meydanını ziyarət ediblər, daha sonra Dövlət Bayrağı Muzeyinin bələdçisi Aynur Hüseynova gəncləri muzeydə nümayiş etdirilən Azərbaycan xalqının tarixən və bu gün əldə etdiyi eksponatlarla tanış etmişdir.

  Sonda gənclər Dövlət Bayrağı Meydanında xatirə şəkili çəkdirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir