“Zəfər Kuboku” onlayn şahmat turnirinin qalibləri mükafatlandırıldı

          Bakı şəhər Gənclər və İdman  Baş İdarəsi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 yaşadək oğlanlar və qızlar arasında  sürətli şahmat üzrə keçirilən “Zəfər Kuboku” onlayn şahmat turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilmşdir.

          Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin (SŞGİBİ) rəisi Elgün Hümbətov,  turnirin baş hakimi İlham Əliyev, yarışın baş katibi Fidan Talıbova  iştirak ediblər.

       Tədbirdə çıxış edənlər 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildiyini,  Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olduğunu bildirdilər. 

         Sonra qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb.

       Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Rüstəm Rüstəmov , qızlar arasında isə Aytac Kərimli  birinci yeri, Yunis Mahmudzadə, Xanım İsmayılova ikinci yeri, İlknur Məmmədov, Nurtən Nuriyeva ücüncü yeri tutublar. 
 
 

 

”