Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

           Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Neft Akademiyasında baş vermiş qanlı terror hadisəsinin qurbanlarının xatirəsin həsr olunmuş  onlayn şahmat turnirinin qalibləri müəyyənləşib. 

        İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Yunis Mahmuzdazə  tutub. Allahverdi Həmidov ikinci, Yusif Mustafazadə üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Fidan Təhməzova, Xanım İsmayılova, Fatimə Abdullayeva ilk üçlükdə qərarlaşıblar.