Şəhid Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib 

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “VƏTƏN UĞRUNDA”,  “FİZULİNİN AZAD OLUNMASINA” və “XOCAVƏNDİN AZAD OLUNMASINA” görə medalları ilə təltif olunmuş Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib. 
      Şahmat turnirinin nəticələrinə əsasən, ümumi hesabda Paşam Əlizadə, qızlar arasında isə Fatimə Abdullayeva birinci yeri, Allahverdi Həmidov, Ayan Allahverdi ikinci yeri, Yunis Mahmudzadə, Fidan Təhməzova ücüncü yeri tutublar.