“9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda inşa yazı, şeyir və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keşirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında “9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda inşa yazı, şeyir və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keşirilmişdir. Tədbirdə Abşeron Rəsm Qalereysanın direktoru Eldəniz İbrahimov, Baş İdarənin rəis müavini Aydın Yusifov, gənclərlə  iş sektor müdiri Zamin Əhmədov,  Rəssamlar İttifaqının nümayəndəsi Ziyadxan Əliyev çıxış edərək gənc istedadlari salamlamış, onlara öz işlərində və gələcək həyatlarında uğurlar arzulamışdılar.

    Tədbirin keçirilməsində məqsəd “9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü”nün qeyd edilməsi, yeniyetmə və gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevği, məhəbbət hisslərinin aşılmasından ibarətdir.

Sonda bütün iştirakçılar Bakı Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və xatirə hədiyələri ilə mükafatlandırılmışlar.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir