Şəhid Xəyal Məmmədovun xatirəsinə həsr olunmuş şahmat üzrə onlaym turnir  keçirildi

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Füzuli Rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsində şəhid olmuş  “VƏTƏN UĞRUNDA” və “CƏSUR DÖYÜŞÇÜ” medalları ilə təltif olunmuş Xəyal Məmmədovun xatirəsinə həsr olunmuş şahmat üzrə onlaym turnir  keçirildi.
       Turnirin nəticələrinə əsasən oğlanlar arasında I yeri Çingiz Novruzov, II yeri Paşam Əlizadə, III yeri Mahir Hacıyev, qızlar arasında isə I yeri Fatimə Abdullayeva, II yeri Aytac Məmmədova, III yeri Firəngiz Tarverdiyeva tutmuşlar.