Atletika üzrə Bakı şəhər zona yarışı keçirilib

      Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin atletika üzrə Bakı şəhər zona yarışı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda  keçirilən yarışda paytaxtın 12 rayon komandası ilə yanaşı Zəngilan və Şuşa  rayon komandaları da mübarizə aparıb. 

        Yarışdan öncə Vətən Müharibəsində  şəhidl olan hərbiçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, ardınca isə Azərbaycan dövlət himni səslənib.

     Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nərimanov rayon komandası qalib gəlib. Xətai rayon komandası yarışı ikinci, Xəzər rayon komandası isə üçüncü pillədə başa vurublar.

      Turnirin əsasnaməsinə uyğun olaraq zona yarışlarında ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.

      Mükafatçılara Bakı şəhər Gənclər və idman Baş idarəsi tərəfindən diplomlar təqdim olunub.