Şahmat üzrə Bakı şəhər turniri keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında şahmat üzrə Bakı şəhər turniri keçirilmişdir. Yarışda 100-ə yaxın iştirakçı 4 yaş qrupları arasında mübarizə aparmışdır. Nəticələrə görə 5-6 yaş qrupu arasında I yerə Amin Əzizli, II yerə Orxan Dərvişov, III yerə Xuraman Ağayeva, 7-8 yaş qrupu arasında I yerə Səftər Məmmədov, II yerə Alişan Alişanlı, III yerə Elvin Zamanov, 9-10 yaş qrupu arasında I yerə Möhsün Möhsünov, II yerə Allahyar Sadıqov, III yerə Səbuhi Dadaşov, 11-12 yaş qrupu arasında I yerə Nicat Əliyev, II yerə Heydər Mehdiyev, III yerə Zəfər Əliyev layiq görülmüşlər. Qaliblər Baş idarə tərəfindən muvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.