Vətən müharibəsi qaziləri ilə görüşlər davam edir

 
           Vətən müharibəsi qaziləri və iştirakçılarına dəstək məqsədilə Yasamal rayonunda görüşlər keçirilib. Görüşlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Yasamal rayonu İcra Hakimiyyəti, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Görüş zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paraolimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib.
             Tədbirdə BŞGİBİ rəisi Raqif Abbasov, Millət vəkili Səbinə Xasayeva, AƏAQF prezidenti Asəf Məlikov, Yasamal rayon İcra Hakimiyyətinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbəsinin əməkdaşları iştirak etmişlər.
Qazilərimiz Beydiyev Fərid Faiq oğlu, Şahgəldiyev Əliağa İbrahim oğlu, Əsgərli Ayaz Azad oğlu, Nuruzadə Ağaqasım Əmiraslan oğlu göstərilən diqqətə görə dövlətə və xalqa minnətdarlıq edərək, hər an Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hazır olduqlarını, xalqın diqqətini və sayğısını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.
            Sonda qazilərimizə AVRO -2020 futbol yarışı çərçivəsində sabah Bakıda keçiriləcək Türkiyə – İsveçrə oyununa biletlər və sovqatlar təqdim edilib.